r/azerbaijan • u/Basic_Mortgage_6643 • 18h ago
Sual | Question Aqnostikəm, amma kilsələrdə hiss etdiyim rahatlığı indiyə qədər heç bir məsciddə hiss etməmişəm. Bunu yaşayan var?
Deməli müsəlman mühitində böyümüşəm atam dindar idi məni namaz qılmağa falan məcbur edirdi , amma zamanla həm İslamı, həm də xristianlığı araşdırmağıma baxmayaraq, heç bir dinə inana bilmədim hamsı yalanmış kimi insanları idarə etmək güc qazanmaq üçün yaradılmış bir inanc olaraq görürdüm normalda özümü aqnostik hesab edirəm.
Dünən Vyanaya gəzməyə getmişdim. Şəhəri gəzərkən bir neçə kilsəyə də girdim və açığı, içəridə hiss etdiyim rahatlıq məni təəccübləndirdi. Atmosfer, sakitlik, musiqi… Bilmirəm, amma insanın içində qəribə bir dinclik yaradırdı. Bir müddət oturub sadəcə ətrafı izləmək istəyirdim.
Maraqlısı odur ki, Azərbaycanda da, Türkiyədə də dəfələrlə məscidlərə girmişəm, amma heç vaxt buna bənzər bir hiss yaşamamışam. Bunun səbəbini dəqiq bilmirəm. Bəlkə memarlıqla, atmosferlə bağlıdır, bəlkə də tamam başqa bir şeydir.
Son vaxtlar bəzən özümü boşluqda hiss edirəm. Yeni ölkədə yaşamaq, tanış mühitdən uzaq olmaq, özünü aid hiss edəcəyin bir yerin olmaması yəqin ki, insana təsir edir. Dünən kilsədə yaşadığım hissdən sonra isə düşündüm ki, bəlkə də insanın nəyəsə inanmağa ehtiyacı var. Bəlkə də xoşbəxt olmamağımın səbəblərindən biri budur. Amma digər tərəfdən, bəlkə də sadəcə gözəl bir məkanın yaratdığı hissi daha dərindən yozuram.
Maraqlıdır, aranızda buna bənzər təcrübə yaşayan olub? Heç bir dinə inanmadığınız halda dini məkanlarda özünüzü rahat hiss etmisiniz? İnanmayıb sonradan hansısa dinə yaxınlaşan olub?
Həqiqətən maraqlıdır, bu hissin arxasında nə dayanır: inanc ehtiyacı, tənhalıq, aidiyyət hissi, yoxsa sadəcə estetika?
Səmimi fikirlərinizi bölüşsəniz, sevinərəm. Mübahisə yaratmaq və ya hansısa dini üstün tutmaq məqsədim yoxdur, sadəcə bu hissi anlamağa çalışıram.